"Sabah" Misli Premyer Liqasının XI turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzub.
Pressssport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşmaq haqda danışıb:
- Rəqibi təbrik edirəm. Bura xal qazanmaq üçün gəlmişdik. Əfsuslar olsun ki, buna nail ola bilmədik. Oyuna biz nəzarət edirdik. Amma hücumda xüsusi nəsə yarada bilmədik.
- Üstün oynasanız da, nəticə olmur. Bunun səbəbi nədi?
- Bunu demək çətindi. Bu gün oyunun 60-70 faizini rəqibin cərimə meydançasında keçirdik. Çoxlu qol fürsəti yaratdığımızı deyə bilmərəm. Belə oyunlarda müdafiədə də səhv etməməlisən.
- Futbolçuların keyfiyyəti istənilən səviyyədə deyil?
- Bunu oyunçuların keyfiyyəti ilə bağlamaq istəməzdim. Çünki əvvəlki matçlarda da bu futbolçular oynayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC