"Neftçi" Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la keçirəcəyi cavab oyunu öncəsi komandanın durumu barədə məlumat yayıb.
Presssport.az xəbər verir ki, bir müddətdi zədəli olan fransalı cinah yarımmüdafiəçi Kilan Lebon artıq tam olaraq komanda ilə məşqlərə qoşulub.
Xorvatiyalı qapıçı İvan Brkiç hələ də müalicə prosesini davam etdirir. Oyunçunun nə vaxt məşqləri bərpa edəcəyi 1 həftə sonra baş tutacaq müayinədən sonra müəyyənləşəcək.
Qapıçı Emil Balayev və Asiya kubokunda zədələnən fələstinli yarımmüdafiəçi Ataa Caberin müalicə və reabilitasiyası davam edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC