“Nürnberq”ün üzvü olan millimizin futbolçusu Mahir Emreli II Bundesliqada "Hamburq"la 1:1 hesablı heç-heçə etdikləri XI turun matçından sonra komandasının azarkeşlərinə müraciət ünvanlayıb.
Presssport.az xəbər verir ki, 27 yaşlı hücumçu “İnstagram” hesabında almanca paylaşım edərək fərqləndiyi qarşılaşmada fanatlara təşəkkürünü çatdırıb: "Sizi daha da sevindirmək üçün qələbə qazansaydıq, şad olardıq. İndi diqqətimiz növbəti oyunadı. Komanda ilə fəxr edirəm".
Bu yerdə bildirək ki, "Nürnberq" XII turda noyabrın 8-də “Kayzerslautern”lə üz-üzə gələcək.
Xatırladaq ki, Mahir ardıcıl 4-cü matçdı qol vurur və bunun 3-ü çempionatda, 1-i kubokda olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC