“90+”də gələn qol həmişə belə deyim ki, həyəcanlı olur. Bizim üçün əsas 3 xal idi ki, onu da götürdük".
Bu fikirləri Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşına açıqlamasında “Kəpəz”in icraçı direktoru Cabir İbrahimov deyib.
Misli Premyer Liqasının son turunda “Səbail”i qəbul edən gəncəlilər 90+5-ci dəqiqədə, son saniyılərdə qələbə topunu vuraraq vacib qələbə qazanıb. Bununla da son pillədə gedən "Kəpəz" özündən 1 pillə irəlidə olan “dənizçilər”lə xal fərqini minimuma endirib. İbrahimov çempionatın hələ 2-ci dövrəsinin getdiyini və hələ qarşıda çox oyunun olduğunu vurğulayıb: “Bir oyunla bir şey demək olmaz. Təbii ki, son dəqiqəyədək qələbə qazanacağına inanırdıq. Düzdü, oyun olaraq tam istədiyimiz şəkildə getmədi. Amma belə götürəndə, əsas qələbə idi ki, həmin 3 xalı da sonda götürdük”.
Futbol ictimaiyyəti mövsüm başlayandan “Kəpəz”i aşkar autsayder görərək I Liqaya düşməyə əsas namizəd sayır. Maraqlıdı, klub rəsmisi bu iddialara cavab olaraq Premyer Liqada qalmaq mesajını verə bilərmi?: “Yenə deyirəm kİ, hər şey gələn ilin mayında bilinəcək. Düzdü, iş çətindi, görüləcək işlər çoxdu. Heyətə müəyyən futbolçular cəlb etmişik və gücləndirmişik. Allahın izniylə görək necə olur”.
“Kəpəz” növbəti turda ağır "Sabah" səfərinə yollanacaq. İbrahimov bütün matçların vacib olduğunu diqqətə çatdırıb: “Bütün oyunlarda maksimum döyüşüb, mövsümün əvvəlində üzləşdiyimiz çox xal itkisini bərpa etmək lazımdı”.
İcraçı direktordan sponsor məsələsində nə yeniliyin olması haqda da soruşduq: “Hələ ki rəsmi bir şey yoxdu. Təbii ki, hər mövsümün əvəvlində bu sıxntıların olmasını istəməzdik. Artıq 3-cü ildir ki, eyni proseslər baş verir. Bu da birbaşa maliyyəylə bağlıdı”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC