"Neftçi"nin futbolçusu Emin Mahmudov Misli Premyer Liqasının XII turunun “Araz-Naxçıvan”la matçında (0:1) zədələndikdən sonra nə vaxt yaşıl meydana qayıdacağı maraq doğurur.
Presssport.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın baş məşqçisi Samir Abasov 32 yaşlı yarımmüdafiəçinin tezliklə oynamayacağını vurğulayıb.
Ancaq MRT müayinəsinin nəticələri göstərdiyi kimi, hər şey o qədər də pis deyil. Belə ki, müəyyən prosedurlardan sonra Eminin artıq bu həftə məşqlərə başlayacağı və Misli Premyer Liqasının XIII turunun “Şamaxı” ilə görüşünə hazır olacağı gözlənilir. Noyabrın 8-də saat 15:00-da “Neftçi Arena”da keçiriləcək bu matçla qarşıdakı tura start veriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC