Koxalski Norveçdə qalib gələ biləcəklərini real sayır: “3 xal qazanmağımız qurtarışlarımdan daha önəmlidi"

“Çox çətin oyun keçdi. Çünki Tovuz stadionunda qazon fərqlidir. Üstəlik, “Turan Tovuz” bizə qarşı yaxşı oynadı. Təbii ki, qələbə qazanmaq istəyirdik. Lakin meydandan 1 xalla ayrıldıq. Buna görə də nəticədən razı qala bilmərik”.

Presssport.az bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski Misli Premyer Liqasının XII turunda səfərdə “Turan Tovuz”a qarşı keçirilən oyun (0:0) barədə danışarkən deyib. 

Cari mövsümün ilk dövrəsində öz meydanında “Turan Tovuz”a uduzan “Qarabağ” səfərdə də qələbə qazana bilmədi. Polşalı qolkiper iki matçın heç birində Tovuz klubunu məğlub edə bilməmələrinə görə konkret səbəb göstərməkdə çətinlik çəkib:  “Gördüyüm odur ki, “Turan Tovuz” yaxşı komandadır. Problem ondadır ki, biz fərqlənə bilmədik. Qələbə qazanmaq üçün isə mütləq qol vurmalısan. Təbii ki, öz qapında da top görməməlisən”. 

24 yaşlı qapıçı Tovuzdakı matçda inamlı qurtarışları ilə qapısını toxunulmaz saxlamasına belə münasibət bildirib: “Əlbəttə, komandama kömək etdiyim üçün çox şadam. Lakin mənim üçün daha vacib olan qələbə qazanmaqdır. 3 xal qazanmağımız mənim qurtarışlarımdan daha önəmlidir”. 

Koxalski UEFA Avropa Liqasının dördüncü turunda “Bodo Qlimt”ə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Avropa Liqasındakı matçlar fərqlidir. Norveçdə də süni qazonda oynayacağıq. Bizim üçün çətin qarşılaşma olacaq. “Bodo Qlimt” çox güclü komandadır. Avropa Liqasında əvvəlki matçlarında yaxşı nəticələr qazanıb. Bununla belə, səfərdə bu rəqibə qalib gələ bilərik. Hər bir qarşılaşmaya olduğu kimi, bu matça da 3 xal üçün çıxacağıq” (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC