"Qarabağ"ın kapitanı Bədavi Hüseynov Misli Premyer Liqasının XII turunda səfərdə "Turan Tovuz"la qolsuz bərabərliyə qaldıqları oyun barədə fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, təcrübəli müdafiəçi rəqib komandanın yaxşı formada olduğunu bildiklərini söyləyib: "Komandanın ev oyununda inamlı çıxış edəcəyindən xəbərdar idik. Matça yaxşı hazırlaşmışdıq. Stadionda öhtəşəm ab-hava var idi. Həm bizim, həm də rəqibin qol imkanları oldu. Heç-heçəni ədalətli nəticə sayıram. Ümumilikdə azarkeşlər yaxşı mübarizəyə şahidlik etdi. Əlbəttə, süni örtükdə oynamaq müəyyən çətinliklər yaradır. Rəqib sintetik qazon üzərində oynamağa öyrəşib. Sürətli futbol sərgiləməyə çalışdıq. Sonadək tempi qoruya bildik. Əlbəttə, səhvlərimiz də oldu. Ancaq ümumilikdə çıxışımız pis alınmadı. Bu matç "Budyo Qlimt"lə səfərdə keçirəcəyimiz Avropa Liqası oyunu ərəfəsində bizim üçün faydalı oldu".
Xatırladaq ki, "Qarabağ"ın Norveçdəki Avroliqa matçı noyabrın 7-də olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC