"Qarabağ"ın oyunu 1 dəqiqəlik sükutla başlayacaq

UEFA-nın bayrağı altında keçiriləcək qarşıdakı oyunlar İspaniyada daşqın qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə start götürəcək.

Presssport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

UEFA-nın bəyanatında deyilir: "Bu həftə UEFA-nın klub yarışlarında bütün oyunlar Valensiyada ölümcül daşqın qurbanlarının, regionda və ondan kənarda zərər çəkənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq".

Bu yerdə bildirək ki, İspaniyada daşqın səbəbindən bəzi rayonlarda yolları su basıb, evlərə və avtomobillərə ziyan dəyib, 100-dən çox insan həyatını itirib. Ölkədəki vəziyyətlə əlaqədar bir neçə dəfə İspaniya kubokunun oyunları təxirə salınıb.

Xatırladaq ki, Azərbaycanın avrokuboklarda yeganə təmsiolçisi "Qarabağ" da bu həftə avrokubok matçına çıxacaq. Ağdam təmsilçisi Avropa Liqasının Liqa mərhələsinin IV turunda səfərdə "Budyo Qlimt"lə qarşılaşacaq. Norveçdə noyabrın 7-dəki görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC