“Nürnberq”in baş məşqçisi Miroslav Kloze millimizin üzvü olan futbolçusu Mahir Emreli haqqında növbəti dəfə danışıb.
Presssport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu ölkənin məşhur “Bild” nəşrinə açıqlamasında 27 yaşlı hücumçunun II Bundesliqanın XI turu çərçivəsində “Hamburq”la görüşdəki oyununu dəyərləndirib.
Məlumdu ki, Mahir bu qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən qolu vurub. Buna baxmayaraq, Kloze Emrelinin oyunundan razı qalmadığını vurğulayıb: "Məncə, Mahir o qədər də yaxşı oynamadı. O, topla kifayət qədər hərəkət etmədi. Emreli lazımi səviyyədə çevik deyildi".
Xatırladaq ki, Mahir bu ilin avqustunda keçdiyi "Nürnberq"də 7 oyuna çıxaraq 4 qol vurub. O, bunları ardıcıl son 4 matçda reallaşdırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC