“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə 1/4 finala yüksəlib.
Presssport.az xəbər verir ki, Vüqar Əsgərlinin komandası Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində yer aldığı B qrupunu 7 xalla 1-ci yerdə tamamlayıb.
Təmsilçimiz III turda yerli BATE ilə heç-heçə edib - 1:1. “Qarabağ”ın heyətində 25-ci dəqiqədə Murad İbrahimli fərqlənib.
Növbəti mərhələnin matçları fevralın 9-da keçiriləcək.
Xatırladaq ki, “Qarabağ” ilk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i 2:0 hesabı ilə məğlub edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC