Norveçdə yerli "Budyo Qlimt" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin IV turunun oyununun hakim təyinatları bəlli olub.
Pressssport.az xəbər verir ki, UEFA qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadasına tapşırıb.
Belə ki, matçı FİFA referisi Luiş Qodinyo idarə edəcək. Ona yan xətdə Ruy Teyşeyra və Pedru Almeyda kömək göstərəcək. Dördüncü hakim funksiyasını Andre Nartsisu yerinə yetirəcək. VAR-da Hüqo Migel, AVAR-da Fabio Oliveyra Melo əyləşəcək.
Xatırladaq ki, "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də Bakı vaxtilə saat 21:45-də başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC