"Səbail"in baş məşqçi postuna namizəd: "Təklif olarsa, işləmək istəyərdim"

Şahin Diniyev Misli Premyer Liqasının son turunda “Kəpəz”ə Tovuzda məğlubiyyətin (0:1) ardından "Səbail"in baş məşqçi postundan istefa verib gedəndən sonra həmin vəzifəyə namizəd göstərilən mütəxəssislərdən biri Adil Şükürovdu.

47 yaşlı PRO kateqoriyalı məşqçi Presssport.az-ıa açıqlamasında Bayıl təmsilçisindən təklif almadığını söyləyib: "Səbail" tərəfindən mənimlə heç kim əlaqə saxlamayıb, heç bir söhbətimiz də olmayıb. Düzdü, görürəm ki, mənimlə bağlı da paylaşırlar, yazırlar. Amma bunlar həqiqəti əks etdirmir".

Maraqlıdı, Şükürova təklif gələrsə, buna cavabı necə olar?: "Təbii ki, təklif olarsa, işləməj istəyərdim. Peşəkar məşqçi olaraq da, çağırışa hazır olmalıyıq. İşimizi də bilirik, nə üzərində çalışacağımızı da. Təklif alaramsa, oturub danışıb, planları öyrənib, ona uyğun hərəkət etmək olar.

Xatırladaq ki, Şükürov son olaraq “Kəpəz”i uğurla çalışdıraraq keçən mövsüm onu çətin vəziyyətdə götürərək Premyer Liqada saxlayıb, bu mövsümün əvvəlində isə öz istəyilə vəzifəsindən gedib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC