“Sumqayıt” çalışdırıcısı Samir Abasovun “Neftçi”yə qayıdışından sonra Vaqif Cavadovu müvəqqəti baş məşqçi təyin edib. Bunadək “gənclik şəhəri” təmsilçisinin əvəzedici komandasına başçılıq etmiş 35 yaşlı mütəxəssis təcrübəli həmkarı Abasovdan fərqli Pro kateqoriyasına malik deyil. Belə ki, Cavadov A kateqoriyalı məşqçidi.
Məlumdu ki, yaxın keçmişədək Premyer Liqa təmsilçilərinin baş məşqçilərinin Pro kateqoriyası olması zəruri idi. Hətta buna malik olmayanlar baş məşqçi kimi Pro-su olanları PFL-ə sifariş edirdilər.
Bəs, indi vəziyyət necədi? Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Cavadovla bağlı məsələyə aydınlıq gətirib: "Vaqif Cavadovun A kateqoriyası mövcuddur. Bu, ona Premyer Liqada baş məşqçi işləmək üçün şərait yaradır. Əgər klub həm də avrokuboklara lisenziya iddiaçısıdırsa, o zaman Vaqif Cavadovun Pro kursuna müraciəti və eyni zamanda bu prosedura rəsmi şəkildə start verməsi lazımdır. Lisenziya qaydalarına əsasən klubun bu prosedurları rəsmi şəkildə icra etməsi üçün 60 gün vaxtı var. Yəni, indiki məqamda Vaqif Cavadovun qaydalarla baş məşqçi olmasında hər hansı bir əngəl yoxdur".
Xatırladaq ki, keçən mövsüm Konfrans Liqasında təmsilçilərimizdən biri olmuş “Sumqayıt” hazırda turnir cədvəlində 12 oyundan sonra 13 xalla turnir cədvəlində 6-cı yerdə gedir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC