UEFA Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibini cərimələyib.
Presssportşaz xəbər verir, qitə futbol qurumu Estoniya Futbol Assosiyasına 10000 avroluq cərimə kəsib.
Buna milli komandanın IV turda İsveç yığmasına evdə uduzduqları (0:3) matçda azarkeşlərin irqçiliyə yol verməsi səbəb olub.
Bundan əlavə, assosiasiyaya 1 illik sınaq müddəti də verilib. Belə ki, bu hal yenidən təkrarlansa, millinin matçında tribunalar qismən bağlanacaq.
Xatırladaq ki, estonlar V turda millimizin qonağı olacaq. Noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək həmin qarşılaşma saat 18:00-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC