“Turan Tovuz”un nigeriyalı hücumçusu Otto Con müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan Premyer Liqasının son turunda lider “Qarabağ”la heç-heçə etdiniz. Qolsuz bərabərliyi necə şərh edərdiniz?
- Yaxşı oyun alındı. Düzdür, çox çətin matç idi. Biz liqanın ən yaxşısına qarşı oynayırdıq. Qol vurmaq üçün şanslarımız oldu. Lakin onlarda istifadə edə bilmədik. Halbuki fürsətlərimizi dəyərləndirsəydik, qələbə də qazana bilərdik.
- Liqanın ən yaxşısından 2 oyunda 4 xal almısınız. Bu uğurun sirri nədədir?
- Hər şey konsenstrasiyadan asılıdır. “Qarabağ” dediyim kimi, çox güclü komandadır. Onlara qarşı bir an belə boşluğa yol verə bilməzsən. Əks halda rəqib səni dərhal cəzalandıracaq. Biz matça yaxşı köklənmişdik. Bunun da sayəsində xal qazandıq.
- Demək olar ki, turnir cədvəlindəki mövqeyiniz komandanın özünəinamını artırır?
- Əlbəttə, hazırkı mövqeyimizdən məmnunuq. Bu yerdə də qalmaq istəyirik. Məqsədimiz budur. Hər qələbə, hər qazanılan xal bizə stimul verir.
- Heyətin elə də geniş olmadığını nəzərə alsaq, “Turan Tovuz” qış fasiləsinə qədər bu tempi qoruya biləcək?
- Sözsüz ki, çətin olacaq. Çünki hər oyun çətin keçir. Heç bir matçda asanlıqla xal qazanmaq mümkün deyil. Lakin bizim reallaşdırmalı olduğumuz məqsədimiz var. Bunun üçün sona qədər əlimizdən gələni edəcəyik.
- Növbəti turda “Səbail”in qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Bu mövsüm onlara qarşı artıq bir dəfə oynamışıq. “Səbail” yaxşı, müqavimət göstərə bilən komandadır. Yüksək səviyyədə hazırlaşırıq. Qələbə üçün əlimizdən gələni edəcəyik (futbolxeber.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC