Avropa Liqasının Liqa mərhələsinin V turunun “Beşiktaş” - “Makkabi” (Təl-Əviv) görüşü iki ölkə arasındakı siyasi böhran səbəbindən noyabrın 28-də neytral meydanda keçiriləcək.
Presssport.az xəbər verir ki, İstanbul klubu bu ev qarşılaşması üçün bir neçə variantı nəzərdən keçirir və bunlar arasında Bakıda da oynamağın gündəmdə olduğu bildirilir.
“Beşiktaş” rəhbərliyinin Azərbaycandakı futbol adamları ilə əlaqəsinin sıx olması səbəbindən matçın paytaxtımızda keçirilməsi daha realdı.
Xatırladaq ki, “Qara qartallar” ötən il 2 dəfə - “Sabah”la xeyriyyə matçı və Konfrans Liqasının seçmə mərhələsi çərçivəsində “Neftçi” ilə rəsmi oyun üçün Bakıya gəlmişdi. Qeyri-rəsmi oyundan əldə edilmiş məbləğ Türkiyədə zəlzələ bölgəsində məktəb inşasına sərf olunmuşdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC