"Neftçi"nin futbolçusu Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək yığmamızdan kənarlaşdırıldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) heyətində dəyişiklik edilib.

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin futbolçusu Kamil Məmmədovun tibbi müayinədən keçdikdən sonra həkimlərin rəyinə əsasən toplanışdan kənarda saxlanılması qərara alınıb.

“Sabah”ın oyunçuları Həzrət Səmədov və Əlibəy Mahmudov isə UEFA Gənclər Liqasında İsveçrənin “Bazel” klubuna qarşı keçiriləcək matçın ardından noyabrın 6-da toplanışa qoşulacaq.

Xatırladaq ki, U-17 noyabrın 4-7-də Qəbələdə, 8-9-da Bakıda təlim-məşq toplanışı keçəcək. Millimiz noyabrın 10-dan 20-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan, Yunanıstan və Rumıniyanın müvafiq yaş qrupundan ibarət yığmaları ilə qarşılaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC