Emin Mahmudovun son durumu açıqlanıb

Misli Premyer Liqasının son turunda "Araz-Naxçıvan"la matçın (0:1) 80-ci dəqiqəsində əzələsi dartılan "Neftçi"nin futbolçusu Emin Mahmudovun vəziyyətinə aydınlıq gəlib.

"Ağ-qaralar"ın mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, 32 yaşlı yarımmüdafiəçinin vəziyyəti normaldı.

Belə ki, Emin MRT müayinəsindən keçib və hansısa problem üzə çıxmayıb. Artıq məşqlərə başlayan Mahmudovun qarşıdakı matçda meydana çıxa biləcəyi gözlənilir”.

Xatırladaq ki, “Neftçi” növbəti turda noyabrın 8-də “Şamaxı”nı qəbul edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC