“Neftçi”nin baş məşqçi postundan gedən Roman Qriqorçuk karyerasını yenidən öz ölkəsində davam etdirə bilər.
Presssport.az xəbər verir ki, LNZ klubu 59 yaşlı ukraynalı mütəxəssislə maraqlanır.
Belə ki, Premyer Liqa təmsilçisinin rəhbərliyi hazırda komandaya rəhbərlik edən ispaniyalı mütəxəssis Andres Karraskonun işindən narazıdı. Onlar komandanın göstərdiyi oyunun keyfiyyətindən də razı deyil.
Lakin bu da qeyd olunur ki, Qriqorçukun namizədliyi hələlik Çerkass klubunda müzakirə səviyyəsində mövcuddu. Çünki LNZ hələlik Karrasko ilə yoluna davam etmək niyyətindədi. Komanda Ukrayna Premyer Liqasında 12 matçdan sonra 18 xalla 7-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, bu yay "Neftçi" ilə müqavilə imzalayan Roman Qriqorçuk 1 ay əvvəl istefaya göndərilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC