Bədavi Hüseynov Avroliqada artıq vəziyyəti düzəldə biləcəklərini düşünür: "İstənilən rəqib üçün səfərdə "Budyo Qlimt"lə üz-üzə gəlmək çox çətindi".

"Budyo Qlimt" çox yaxşı komandadı. Ev oyunlarını süni örtükdə keçirir. İstənilən rəqib üçün səfərdə bu komanda ilə üz-üzə gəlmək çox çətindi".

Presssport.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın kapitanı Bədavi Hüseynov Avropa Liqasının Liqa mərhələsinin IV turunda Budyo Qlimt"lə Norveçdəki qarşıdakı oyun haqda deyib.

Təcrübəli müdafiəçi Skandinaviya ölkəsinə yaxşı nəticə dalınca getdiklərini söyləyib: “Düşünürəm ki, artıq vəziyyəti düzəldə bilərik. Açığı, Avropa Liqasına belə start verəcəyimizi gözləmirdik. 3 oyun keçirsək də, xal qazana bilməmişik. Amma əsas odur ki, oyun planında ciddi problemlərimiz yoxdu. Qol vəziyyətləri yarada bilirik. Sadəcə, bunların realizəsi ilə bağlı çatışmazlıqlarımız var və bunun qaydasına düşəcəyinə inanıram. Oyundan-oyuna artıracağıq. Psixoloji baxımdan hər şey qaydasındadı, səfər yaxşı əhval-ruhiyyədə yollanırıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC