Qara Qarayev "Araz-Naxçıvan"da debüt edib

Milli komandamızın sabiq futbolçusu Qara Qarayev yeni klubu “Araz-Naxçıvan”da debüt edib.

Presssport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin debütu “Zirə” ilə Misli Premyer Liqasının III turdan təxirə salınmış səfər oyununda baş verib.

Naxçıvan klubunun baş məşqçisi Elmar Baxşıyev 32 yaşlı Qarayevə Zirə İdman Kompleksinin stadionunda az öncə start verilən oyunda əsas heyətdə şans verib. Bununla da naxçıvanlıların “5 nömrə”si  cari çempionatda da ilk matçına çıxıb.

Xatırladaq ki, Qara Naxçıvan klubuna 1 həftə əvvəl keçib. O, mövsümün əvvəlində "Neftçi"nin baş məşqçisi olmuş Roman Qriqorçuk tərəfindən əsas komandadan kənarlaşdırılandan sonra əvəzedici heyətdə oynamış, daha sonra isə müqaviləsi pozularaq klubdan ayrılmışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC