“Araz-Naxçıvan” Misli Premyer Liqasında "Zirə"ylə III turdan təxirə salınmış səfər matçına ciddi itkiylə çıxıb.
Presssport.az xəbər verir ki, naxçıvanlıların cari çempionatda bombardiri olan braziliyalı legioneri Felipe Santos Zirədəki görüşdə komandasına kömək edə bilmir.
Buna səbəb Felipenon keçən turda "Neftçi"ylə qol vuraraq qələbə qazandırdığı səfər görüşündə sarı vərəqə də alaraq cəzalı duruma düşməsidi. Belə ki, bu, onda 4-cü olub.
"Neftçi Arena"dakı həmin qarşılaşmada qırmızı vərəqə alan yarımmüdafiəçi Turan Vəlizadə də cəzalıdırsa, zədələnərək əvəzlənən müdafiəçi Bəxtiyar Həsənalızadə zədəlidi və onlar da Zirədəki oyuna sifariş olunmayıb.
Onu da bildirək ki, bu çempionatın da bombardirlərindən olan ("Sabah"lı Cesse Sekidika ilə birgə 6 qolla) Santos tribunadan komandasını çılğın şəkildə dəstəkləyir. Fasiləyə az qalmış matçda hesab açılmayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC