"Qarabağ"ın turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmasına fikir verməməli və sabahkı görüşdə hər şeyə hazır olmalıyıq" - "Budyo Qlimt"in baş məşqçisi

"Budyo Qlimt"in baş məşqçisi Hyetil Knutsen Norveçdə "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqası matçından əvvəl mətbuat konfransı keçirib.

Presssport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis rəqibi təhlil etdiklərini söyləyib: "Onlar turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Buna fikir verməməli və sabahkı görüşdə hər şeyə hazır olmalıyıq. Avrokuboklarda hər görüş çətin keçir. "Qarabağ"ın da güclü və zəif tərəfləri var. Asan oyun olmayacaq".

Baş məşqçi Azərbaycan çempionunun ötən tur Bakıda Niderland təmsilçisi "Ayaks"a uduzmasını (0:3) xatırlayıb:

"11 nəfərlə çox yaxşı mübarizə aparırdılar. "Qarabağ" azlıqda qaldıqdan sonra məğlub oldu".

Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də Bakı vaxtilə saat 21:45-də başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC