Elmar Baxşıyev Qara Qarayevin ona verdikləri dəstəyi qaytarmalı olduğunu açıqladı: "Çoxları bizi aşağı pillələrdə görürdü, avrokuboklara vəsiqə qazansaq..."

"Araz-Naxçıvan" Misli Premyer Liqasının III turunun təxirə salınmış oyununda səfərdə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq qarşılaşmaq haqda danışıb.

- Oyun düşündüyümüz kimi ağır alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Yolumuza davam edirik, qarşıdakı oyuna hazırlaşağıq. Komandama təşəkkür edirəm, uşaqlar yaxşı performans göstərdi. Zədəli futbolçularımız bizə qoşulandan sonra daha yaxşı oyun nümayiş etdirəcəyik.

- Komandanız 2-ci hissədə daha yaxşı oyun göstərdi. Planınız belə idi, ypxsa sadəcə, belə alındı?

- Çalışırıq ki, heç bir rəqibə qarşı ikinci nömrə ilə oynamayaq. Pz dəst-xəttimiz var. İkinci hissədə hücumda kreativliyi artırdıq.

- Qara Qarayevin debüt matçında performansını necə dəyərləndirirsiz? Onu meydana buraxma hardasa yerli oyunçu limitinə görə məcburiyyətdən oldu?

- Sərəncamımda olan bütün futbolçulara güvənirəm, o cümlədən Qaraya da. Klub olaraq ona dəstək oluruq. Qara da bu dəstəyi qaytarmalıdır. O, böyük xaraktera sahib olan böyük futbolçudur. Qara bu gün komandanın bir parçası idi. Getdikcə daha yaxşı olacaq.

- Bəxtiyar Həsənalızadənin zədəsi necədir?

- Mikro zədəsi var. Qarşıdakı günlərdə dəqiq biləcəyik.

- Avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsiz?

- Çoxları mövsümün əvvəlində bizi aşağı pillələrdə görürdü. Amma bu, komandanın maksimumu deyil. Qarşıdakı rəqibi düşünürük. Avrokuboklara vəsiqə qazansaq, yaxşı olar. Olmas da, dmeəli, qismətimizdə deyil. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC