“Bu matçlardan çox dərs aldıq və indi oyunçularımızı daha da inkişaf etdirmək üçün yaxşı təcrübəmiz var”.
Presssport.az xəbər verir ki, bunu "Sabah"ın 19 yaşadək futbolçulardan ibarət kollektivinin baş məşqçisi Adino Mustedanaqiç UEFA Gənclər Liqasında İsveçrə təmsilçisi "Bazel"ə qarşı Bakıdakı cavab oyunundan (1:2) sonra klubunun mətbuat xidmətinə açıqlamasında deyib.
O, uduzmaqlarına baxmayaraq, komandasının oyununda irəliləyiş olduğunu hesab edir:
"Uduzsaq da, ilk oyundan sonra komandada olan irəliləyişdən razı qaldım. Cütün taleyi ilk matçda həll olunmuşdu. Buna baxmayaraq, "Bazel" bu qarşılaşmada əsas heyət üzvlərinə şans vermişdi. Yüksək rəqabətli oyunun şahidi olduq. Görüşdə qapıya zərbələrin sayı bərabər idi, bəzi anlarda topu özümüzdə saxlamağı bacardıq. Məqsədimiz o idi ki, futbolçularımızın hər biri ilk oyundakından daha yaxşı çıxış etsin. Fikrimcə, onlar bunu bacardıl. Bəlkə də növbəti mövsümdə də UEFA Gənclər Liqasında oynaya biləcək futbolçulara şans verərək, onların müəyyən təcrübə toplamalarına şərait yaratdıq. Həmin futbolçulardan biri də bu qarşılaşmada qol vurmağı bacardı. Bu matçlardan çox dərs aldıq və indi oyunçularımızı daha da inkişaf etdirmək üçün yaxşı təcrübəmiz var".
Xatırladaq ki, "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsindəki ilk matçında səfərdə 0:6 hesabıyla yenilmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC