Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında noyabrın 6-da güllə atıcılığı yarışı keçirilib.
Presssport.az GİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda 36 dövlət qurumundan 114 əməkdaş iştirak edib.
Yekun nəticələrə görə, qadınlar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Nərgiz Nəsirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aynur Məmmədova (Fövqəladə Hallar Nazirliyi) və Nigar İsmayılova (DİN) növbəti pillələrdə yer alıb.
Kişilər arasında İlham Səfərov (DİN) 1-ci olub. Ayaz Kərimov (Azərbaycan Hava Yolları) yarışı 2-ci, Zülfüqar Babayev (DİN) isə 3-cü yerdə başa vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC