Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun "Srvena Zvezda" ilə matçı "Barselona" üçün əlamətdar olub.
Presssport.az xəbər verir ki, Kataloniya təmsilçisi ötən gecə "Srvena Zvezda"ya 5:2 hesabı ilə qalib gələrək cari mövsümdə ilk 16 oyunda vurduğu qolların sayını 55-ə çatdırıb.
Bununla da "Barsa" 74 illik klub rekordunu yeniləyib. Belə ki, komanda indiyədək mövsümün startında 16 matça vurduğu ən çox qol sayı 54-ə bərabər idi. Bu nəticə 1950/51 mövsümündə qeydə alınmışdı.
Onu da bildirək ki, "Barselona" hazırda ÇL-in turnir cədvəlində 10 xalla 6-cı, La Liqada isə 33 xalla liderdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC