Il Liqa klubunun baş məşqçisi qalib gəldikləri matçda hərəkətinə görə ağır cəzalandırılıb

AFFA “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynovu ağır cəzalandırıb.

Presssport.a xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında adıçəkilən mütəxəssislə bağlı qərar qəbul edilib.

Belə ki, Hüseynov II Liqanın IX turunda “Füzuli” ilə oyunun 43-cü dəqiqəsində hakimi təhqir edib və buna görə birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsi isə baş məşqçini bu hərəkətinə görə 5 oyunluq cəzalandırıb, klubuna 400 manat cərimə kəsib.

Xatırladaq ki, sözügedən görüşdə "Ağdaş" 2:1 hesablı qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC