“Neftçi” Misli Premyer Liqasının 13-cü turunda qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığını başa vurub.
Presssport.az klubun mətbua xidmətin istinadən xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
Paytaxt təmsilçisi “Şamaxı” ilə matça ciddi itkilərlə çıxacaq. Mustafa Sek, Azər Salahlı, Alfa Konte, Andre Şinyaşiki və Filip Ozobiç zədə səbəbindən, Emil Səfərov isə cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcək. Rəhman Hacıyevin oynaması isə sual altındadır.
Xatırladaq ki, noyabrın 8-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Şamaxı” matçı saat 15:00-da başlanacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC