"Qarabağ" əvvəlki turlarda qeydə alınan uğursuz nəticələri unutdurmaq üçün bütün gücünü ortaya qoyacaq"

"Qarabağ" əvvəlki turlarda qeydə alınan uğursuz nəticələri unutdurmaq üçün bütün gücünü ortaya qoyacaq""Qarabağ" əvvəlki turlarda qeydə alınan uğursuz nəticələri unutdurmaq üçün bütün gücünü ortaya qoyacaq"

Presssport.az xəbər verir ki, bunu azərbaycanlı futbol mütəxəssisi Adil Şükürov deyib.

O, "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində "Budyo Qlimt" (Norveç) ilə səfərdə keçirəcəyi matç barədə fikirlərini bölüşüb: "Ağdam təmsilçisi əvvəlki 3 turda qeydə alınan uğursuz nəticələri unutdurmaq üçün bütün gücünü ortaya qoyacaq. Baş məşqçi Qurban Qurbanov da matçdan əvvəl keçirilən mətbuat konfransında rəqibin fərdi deyil, komanda oyununa üstünlük verdiyini bildirdi. "Budyo Qlimt" standart vəziyyətlərdən çox yaxşı yararlanmağı bacarır. Əvvəllər Norveç komandaları daha çox gücə hesablanmış, uzun ötürmələrdən istifadə edərək futbol oynayırdılarsa, indi əsasən texnikaya, xırda ötürmələrə və kombinasiyalı futbola üstünlük verirlər. "Qarabağ"ın bu cür komandalara qarşı yetərincə oyun təcrübəsi var. Lakin Ağdam klubu son dövrlərdə əlverişli fürsətləri qola çevirə bilmədiyi üçün komandanın qələbəsinə inananların sayı azalıb".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu bu axşam, saat 21:45-də başlayacaq (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC