“Zirə” zədə epidemiyası davam edir.
Presssport.az xəbər verir ki, komandanın futbolçuları tez-tez zədələnirlər.
Maraqlıdı, bu, nəylə bağlıdı? “Qartallar”ın baş məşqçisi Rəşad Sadıqovu dinləyək: “Eyni sözü bu dəqiqə danışdım. Cibrilla İssa və Vladislav Kulaç bərpa məşqində zədələnib. Xüsusi yükləmə verməmişik. Rüstəm oyun zamanı zədələndi. O da 4-5 gün dincəldi, meydana 10 dəqiqə idi çıxmışdı, zədələndi. Paxtmanın sıradan bir epizodda çarpaz bağları qopdu. Çantakiası qoruduq, 15-20 dəqiqə oynamasını istədik, zədələndi. Məşqçilərlə danışırıq ki, səbəbi nədir. Zədə 2 səbəbdən olur. Ya düzgün hazırlaya bilmirik, ya da yorğunluq olur”
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC