Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Presssport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
Qapıçılar: Nicat Mehbalıyev ("Sabah"), Rza Cəfərov ("Neftçi"), Aydın Bayramov ("Zirə")
Müdafiəçilər: Bəhlul Mustafazadə, Abbas Hüseynov, Bədavi Hüseynov, Elvin Cəfərquliyev (hamısı "Qarabağ"), Rahil Məmmədov ("Radomiak Radom", Polşa), Zamiq Əliyev (“Eqnatia”, Albaniya), Anton Krivotsyuk ("Daejeon Hana Siti", Cənubi Koreya)
Yarımmüdafiəçilər: Coşqun Diniyev ("Bandırmaspor", Türkiyə), Elvin Camalov ("Sabah"), Aleksey İsayev, Toral Bayramov (ikisi də "Qarabağ"), Xəyal Nəcəfov ("Turan Tovuz"), Səbuhi Abdullazadə ("Sumqaylt"), Mustafa Əhmədzadə ("Araz-Naxçıvan") Ceyhun Nuriyev ("Zirə"), Emin Mahmudov ("Neftçi")
Hücumçular: Ozan Can Kökçü (HİK, Finlandiya), Rüstəm Əhmədzadə ("Zirə"), Ramil Şeydayev ("Neftçi"), Mahir Emreli ("Nürnberq", Almaniya), Nəriman Axundzadə ("Qarabağ")
Onu da bildirək ki, Nicat Mehbalıyev millidə hələ debüt etməyibsə, Mustafa Əhmədzadə ümumiyyətlə, ilk dəfə əsas yığmaya çağırılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC