"Sabah" Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ"ı 4:3 hesabı ilə məğlub etsə də, turnirdə mübarizəni dayandırıb.
Presssport.a xəbər verir ki, Masazır təmsilçisinin məşqçisi Ruslan Qafitullin matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb: "Birinci oyunda hesabın böyük olmasına baxmayaraq, futbolçularda bu gün motivasiya başqa cür idi. Bir dəyişiklik oldu. "Qarabağ"ı daha çox orta zonada qarşılayırdıq. Çalışırdıq ki, əks-hücumlarda oynayaq. Bəzi epizodlar alınırdı, bəziləri alınmırdı. Bunun üzərində işləmək lazımdır".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC