"Yaxşı oyun oldu. Baxmayaraq, az qol vuruldu. Amma bu oyunda çoxlu qol imkanımız oldu. Qalib də gələ bilərdik. Əfsuslar olsun ki, uduzduq. Oyuna görə komandama təşəkkürümü bildirirəm. Məncə, ən yaxşı oyunlarımızdan birini oynadıq. Nəticə yaxşı olmasa da, belə oyunla, belə mübarizə ilə qarşıdakı matçlarda yaxşı nəticələr əldə edəcəyik. "Araz-Naxçıvan"ı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı komandadır. Onlara növbəti matçlarda da uğurlar arzulayıram".
Presssport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 13-cü turunun “Araz-Naxçıvan”la oyunundan sonra mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıb.
- İstədiyiniz nəticəni əldə etmək üçün nə çatmadı?
- Qol imkanlarını icra etmək çatmadı. Elə oyunlar olur. Bəlkə də son dövrlərdə ən çox qol epizodları yaratdığımız oyun idi. Komandanın ifasında ən çox nədən xoşum gəldi? İstəkli idilər, irəlidə qorxmurdular. Çoxlu qol imkanımız oldu, sadəcə, son nöqtəni qota bilmədik. Rəqib bir səhvimizə görə qol vurdu və nəticədə uduzduq.
- Oyun planında komandadan nə dərəcədə narazı qaldınız?
- Narazı qalmadım. Bircə ondan narazı qaldım ki, qol epizodlarından istifadə edə bilmədik. Komandanın oyunundan, əzmkarlığından heç bir narazılığım yoxdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC