"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının XIII turunda "Sumqayıt"a evdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb.
Presssport.az xəbər verir kİ, 44 yaşlı mütəxəssis son 10 gün ərzində 3-cu rəsmi oyunlarının olduğunu vurğulayıb: “Bilirdik ki, komanda matçın gedişində çətinlik çəkəcək. Ümumi götürdükdə, oyun ağır oldu. Komandam xarakter göstərdi. Marafon uzundu. Qələbə münasibəti ilə komandanı təbrik edirəm. Zədəli futbolçularımız da sıraya döndükdən və optimal heyətə sahib olduqdan sonra daha rəngarəng oyun nümayiş etdirəcəyik”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC