"Qarabağ" Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Sabah"a 3:4 hesabı ilə məğlub olsa da, yarımfinala yüksəlib.
Presssport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransına Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunu dəyərləndirməklə başlayıb.
- Məğlub olmağımıza baxmayaraq, futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə keçmək vacib idi. Qarşımızda fərqli "Sabah" var idi. Oyunu tam istədiyimiz kimi idarə edə bilmədik. Azarkeşlər üçün maraqlı oyun oldu. Üç gündən sonra "Sabah"la yenə oyunumuz var. Həmin matça hazırlaşacağıq.
- Bu gün rotasiyalar etmişdiz. İstədiklərinizi görə bildiz?
- Futbolçuların oyun ritmi məni qane etdi. Bəzi oyunçuların 90 dəqiqə meydanda olması mənim üçün vacib idi. Abbas üçün müddətdir oynamırdı. Bu gün 90 dəqiqə meydanda oldu. Adama Diakabi və digərlərinin oynaması vacib idi. Ümumi razı qaldığım məqamlar da oldu, qalmadığım da. Futbolçularla öz aramızda müzakirəmiz olacaq. Nəticə üçün oynadılar. Müdafiədə boşluqlar verdik. Bu da normaldır. Ən çox rotasiyanı müdafiədə etmişdik.
- "Sabah"la növbəti matçda meydana fərqli heyət buraxa bilərsiz?
- Bugünkü heyətdən fərqli heyət meydanda olacaq. Oyunun gedişində hansısa dəyişiklik lazım olsa, edəcəyik. İstərdim ki, futbolçularım 90 dəqiqəlik ritmə düşsünlər.
- Köməkçiniz Portuqaliyadan sizin üçün xüsusi qeyd gətirib?
- Gördüklərimiz idi. İstəyirdim ki, məşqçimiz bunu canlı da görsün. Təhlil etdiklərimizi daha da yaxından gördü. Çox təcrübəli komandaya qarşı oynayacağıq. Məşqçimizin Portuqaliyaya getməsinin faydası oldu.
- Diakabiyə təkliflər yoxdu, yoxsa özü getmək istəmir?
- İstəyən yoxdur deyəndə ki, onunla may ayına kimi müqaviləmiz var. Bu komanda Diakabinin üzərində qurulmayıb. Digər oyunçular da var ki, onlar da gedə bilər, qala bilər. Hər dəfə bu sual verilir. Amma bu, müzakirə mövzusu deyil. Adama bu gün bizə lazım idi. Lazım olan anda onun faydası dəydi. Ondan da az oynayan futbolçular var komandada.
- Sabah transfer pəncərəsi bağlanır. Son gündə nəsə yenilik ola bilər?
- Görünən odur ki, yox.
- Futbolçularınıza cəlbedici təkliflər gəlir. Bu qiymət artımı sizi narahat etmir?
- Ölkə futbolu olaraq narahat etmir. Sevinirəm ki, burada olan futbolçulara kənarda maraq var. Amma ümumən bəzi futbolçulara görə narahatam. Çünki hər insan şan-şöhrətə dözə bilmir. Bəzi oyunçuların oyununa, həyat tərzinə əks-təsir edir. Bəzi futbolçular isə bunu normal qəbul edir. Düşünürlər ki, klubumla müqaviləm var. Bəzilərinə ona görə mənfi təsir edir ki, ona kənardan məsləhət verənlər çoxdur. O qədər şahidi olmuşam ki, istedadlı oyunçuların karyeralarına son qoyanlar olub. Onların yaxın dostları, ətrafı sanki oyunçunu çox istəyir, biz istəmirik. Elə dilli-dilavər menecerlər olur ki, gündə zəng edirlər. Futbolçu da fikirləşir ki, düz deyirlər. Kimə görə narahat olmuşamsa, demək olar ki, onların karyerası bitib. Heç kimin karyerasına zərbə vurmaq istəmirik. Hamının burda inkişafını düşünürük. Futbolçu qarşısına legioner həyatı yaşamaq məqsədi qoyur. Amma bunu da gərək düz edəsən. Hər şey istədiyim kimi olsaydı, işləməyə nə var idi ki? Bəzən belə kaprizləri görürəm. Bunu da yavaş-yavaş yoluna qoyuruq.
- "Qarabağ" son oyunlarda çox qırmızı vərəqələr alır. Bu, sizi narahat etmir?
- Edir. Hər qırmızı vərəqəyə narahat oluram. Bu, kollektiv oyundur. Hər futbolçu düşünməlidir ki, meydanda komandanı azlıqda qoymaq olmaz. Elə epizodlar var ki, qaçılmazdır. Bəzən bəsit qırmızı vərəqələr də verilir. Yenə hər bir halda futbolçular diqqəti olmalıdır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC