Qurban Qurbanov 4:0-da ilk hissədən məmnun qalmayıb: "Araz-Naxçıvan" 2-ci yerdədirsə, onun haqqıdı, sevinirəm ki, bu səviyyəyə gəlib çıxıb"

"Futbolçularımı təbrik edirəm. İstirahət öncəsi vacib qalibiyyət idi. Futbolçularda yorğunluq var idi. Çünki uzun səfərdən qayıtmışdıq. İlk hissədə daha çox hiss olundu. Oyundan məmnun deyildim. Fasilədən sonra daha yaxşı, daha düzgün oynamağa başladıq. İlk hissədə "Zirə" çox yaxşı müdafiə olundu. Futbolçular bir-birini tapmaqda çətinlik çəkirdi. İkinci hissənin əvvəlindəki qol oyunu sanki bir az asanlaşdırdı. "Zirə"yə uğurlar arzulayıram".

Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XIII turunun "Zirə"(4:0) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, ardındam jurnalistlərin suallarını cavablandırıb.

- Erkən vurulan qol nəticəyə nə dərəcədə təsir etdi?

Belə suallar çox verilir ki, ilk dəqiqədə vurulan qol sanki kömək olur nəticəyə. Hansısa oyunda kömək ola bilər. Amma futbol elə inkişaf edib ki, məşqçilər və futbolçular belə hallara hazır olurlar. İlk dəqiqədə və ya 80-cı dəqiqədə vurulan qol o demək deyil ki, qələbə artıq sənindi. O qədər olub ki, uduzmuşuq, qollar buraxmışıq. Bəlkə o dəqiqələrdə qol vurmaq rəqibə daha çox təsir edir. Get-gedə özünüz də gördünüz ki, ilk hissədə təhlükəl vəziyyət yarada bilmədik. Hər vurulan qol qələbəyə bir addım da yaxınlaşmaq deməkdi.

- "Qarabağ" "Budo Qlimt"lə görüşdə çox çətin anlar yaşadı. Qol epizodlarını vurmaqda çətinlik çəkirdiniz, amma həmin görüşdə iki qol vura bildiniz...

Bizə çox ciddi yanaşırlar. Bəzən qol vurmamağımız təkcə özümüzdən asılı olmur. Rəqib də təzyiq yaradır. İstər-istəməz topla istədiyin kimi davrana bilmirsən. Futbolda o qədər olub ki, 10 qol epizodundan yararlana bilmirsən, bəzi matçda isə 1 epizoddan istifadə edərək qalib gəlirsən. Dünya təcrübəsində də belə şeylər var. Hər şey normaldı. Başa düşürdük ki, qol epizodlarımız varsa, oyunumuzdan əl çəkmiriksə, uğur nə vaxtsa gələcək. Şükürlər olsun ki, belə oyunda çox yaxşı qələbə oldu. Çox yaxşı da rəqiblə oynadıq. Həmin görüşdə uduza da bilərdik. Amma futbolçular döyüşdü, sona qədər dözdü. Sonda da yaxşı qələbə oldu.

- Norveçdəki görüşə fərqli heyət buraxmışdınız və bu, komandanızın xeyrinə alındı. Özünüz də deyirsinizz ki, avrokuboklarda rəqiblər sizi çox yaxşı analiz edir. Növbəti oyunlarda da bu cür rotasiyalar görə bilərik? Məcburiyyətdən yox, tam istəkli şəkildə...

- Böyük və lazım olan oyunlarda heyəti dəyişməyin tərəfdarı deyiləm. Çünki bizdə nəyi hansı futbolçu ilə daha yaxşı ediriksə, onların meydanda olmasını istəyirəm. Bəzən 1-2 dəyişiklik etmək olar. Çox dəyişiklik edəndə, digər oyunçuların oyun ritmi aşağı ola bilər. Elə oyunçular var ki, onları rotasiya edəndə pis tərəfə təsiri olmur, yaxşı tərəfə olur. Hər bir oyunçunun hazırlığı çox önəmlidi. Çünki rəqiblər 90 dəqiqə bizə təzyiq yaratmaq gücündədi. Bizim də meydanda 90 dəqiqə bu təzyiqə dözən futbolçularımız olmalıdı. İstəmərəm ki, dəyişiklik çox edim. Amma məcbur olsam, görsəm hansısa futbolçunun hazırlığı digərindən daha yaxşıdı, onda o addımı atarıq.

- Ən yaxın izləyiciniz "Araz-Naxçıvan"dır. Yalnız sizə uduzub, özü də böyük hesabla (1:4), bundan sonra isə heç kimə məğlub olmayıb. Belə gedişat sizin üçün təəccüblü gəlmir ki?

Elmar Baxşıyevin komandası həmişə baxımlı futbol oynayıb. "Qəbələ"də olanda da belə idi. Uduzanda da belə, yaxşı idi. Bu il bir az fərqlidi. Hələ tam öz istədiyi oyunu tuta bilməyib. Amma ümumən komanda nəticəyə oynamağa bacarırsa, onun haqqıdr. Boş-boşuna belə nəticələr deyil. Son vaxtlar son dəqiqələrdə qollar vurub, qalib gəlirlər. Qarşıda çox oyun var. Dəyişikliklər ola bilər. Bu gün bu yerdədilərsə, onların haqqıdı və onlara uğurlar arzulayıram. "Araz-Naxçıvan" maraqlı oyun göstərir. Rəqibdən çəkinmir, daim öz düşündüklərini meydanda göstərmək istəyir. Uğurlar arzulayıram. Sevinirəm ki, bu səviyyəyə gəlib çıxıblar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC