Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlamamış heyətində məcburi dəyişiklik baş verib.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizin futbolçusu Rüstəm Əhmədzadə klubu “Zirə”nin heyətində zədələndiyi üçün heyətdən çıxarılıb.
Onun əvəzinə “Qarabağ”ın hücumçusu Musa Qurbanlı milliyə dəvət alıb. Bununla da 22 yaşlı Qurbanlı portuqaliyalı baş məşqçi Fernandu Santuşun dövründə ilk dəfə çağırılıb.
Xatırladaq ki, millimiz UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya, noyabrın 19-da isə Solnada İsveç yığması ilə qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC