"Huner Group” MMC-nin təsisçisi və qanuni təmsilçisi Ehtiram Quliyevin rəhbərlik etdiyi yeni şirkət dövlət qeydiyyatına alınıb. Həmin şirkət "Turan FK” MMC adlanır.
Presssport.az xəbər verir ki, Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonunda yerləşir.
Məlumat üçün bildirək ki, Ehtiram Quliyev hazırda "Turan Tovuz”un İdarə Heyətinin sədridir. Bu klubun rəsmi adı "Turan Tovuz” Peşəkar Futbol Klubu İctimai Birliyidi.
Ehtiram bəyin yeni şirkət yaratması “Turan Tovuz”un tarixi adına dönüş prosesinin başlanğıcı kimi qəbul olunur. Bununla bağlı “Turan Tovuz” rəhbərliyinin fikrini öyrənməyi lazım bildik.
Klubun İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev məsələylə bağlı bunları söyləyib: “Doğrudu, bizim belə cəhdlərimiz var. Adın dəyişdirilməsi ilə bağlı AFFA-ya məktubla müraciət də etmişik. Prosedurları tam axıra çatdırsaq, istəyimizi reallaşdırıb adımızda dəyişiklik edəcəyik” (Futbol+)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC