"Sabah"ın futbolçusu Tellur Mütəllimov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XIII turuna təsadüf edib.
Belə ki, Tellur “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub.
Premyer Liqada 2015/2016 mövsümündə debüt edən Mütəllimov 200 matçda 16 qola imza atıb. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb.
Onu da bildirək ki, Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC