19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev AFFA.az saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb.
Presssport.az xəbər verir kİ, 54 yaşlı mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında komandanın uğurlu nəticə qazanmaq istədiyini deyib: "Noyabrın 6-da Bakıda təlim-məşq toplanışına başlamışıq. Dünəndən isə Moldovada hazırlıq keçirik. Məşqlər plan üzrə baş tutur. İrlandiya yığması qrupumuzun favoriti hesab edilir. Buna baxmayaraq, qrupda ilk 2 yerdən birini tutaraq, elit-raunda vəsiqə qazanmaq istəyirik. Düzdür, rəqiblərimiz güclü komandalardır. Ancaq bura elə-belə gəlməmişik. Məqsədimiz evə uğurlu nəticə ilə - elit-raunda yüksələrək qayıtmaqdı. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda yer alan U-19 noyabrın 13-də İslandiya, 16-da İrlandiya və 19-da Moldova yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC