Fransa Liqa-1-də 11-ci tura yekun vurulub.
Presssport.az xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ”ın rəqibi olan “Lion” “Sent-Etyen”i qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 29-cu dəqiqədə təcrübəli hücumçu Aleksandr Lyakazett vurub.
Maraqlıdı ki, görüşün iştirakçıları arasında “Qarabağ”ın sabiq hücumçusu İbrahima Vadji də olub. “Sent-Etyen”də çıxış edən 29 yaşlı seneqallı futbolçu 77-ci dəqiqədə oyuna daxil olub.
Bu qələbədən sonra “Lion” 11 oyundan 18 xalla 5-ci yeri tutur. Lider PSJ-nin 29 xalı (11 oyun) var.
Xatırladaq ki, “Qarabağ”la “Lion” arasında matç noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC