Rumıniyanın FKSB klubunun rəhbəri Cici Bekali Avropa Liqasını Liq mərhələsinin sonunda ilk “8-lik”də yer almaq şansı ilə bağlı fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, Buxarest klubunun rəhbəri “Qarabağ”la Bakıda keçiriləcək oyundan da danışaraq, qalib gələ biləcəklərini söyləyib: “Püşkatmadan əvvəl demişdim ki, 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edəcəyik. Hələ 2 qələbəmiz və heç-heçəmiz var. Düşünürəm ki, “Olimpiakos”u, sonra “Qarabağ”ı məğlub edəcəyik. İstəyirəm ki, ilk “8-liy”i bitirərək pley-offa yüksələk”.
Hazırda Rumıniya çempionu 9 xalla ümumi cədvəldə 8-ci, “Qarabağ” isə isə 3 xalla 29-cu pillədədi.
Xatırladaq ki, bu komandaların oyunu gələn il yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC