"Beşiktaş"ın vitse-prezidenti Mete Vardar Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Makkabi"yə (Tel-Əviv, İsrail) qarşı keçirəcəkləri matç haqda danışıb.
Presssport.az xəbər verir ki, sözügedən görüşün keçiriləcəyi yerin ən gec sabaha qədər məlum olacağını deyən Vardar oyuna azarkeşlərin buraxılması üçün cəhdlərinin davam etdiyini vurğulayıb: "Oyun Macarıstanda və ya Almaniyada oynanılacaq. Matça azarkeşlərin buraxılacağı və ya buraxılmayacağı məsələsi də var. Bununla bağlı müraciətlər etmişik".
İstanbulda keçirilməli olan bu qarşılaşmanın məkanı noyabrın 4-də dəyişdirilib. Belə bir qərarın Türkiyə höküməti tərəfindən təhlükəsizlik səbəbindən verildiyi qeyd olunub. Qarşılaşma noyabrın 28-də baş tutacaq və onun Bakıda keçirilməsi variantının da olduğu deyilirdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC