"Yeni futbolçularla boşluqlarımızı doldurmuşuq" - qış çempionunun baş məşqçisi

“Yanvarın 6-dan 18-dək gündə 1 dəfə olmaqla məşq keçdik. Bundan sonra təlim-məşq toplanışına başladıq. Ümumilikdə futbolçuların istəklərindən, əzmkarlıqlarından razı qaldım. Hələ ki hər şey ürəyimcədi”.

Bu fikirləri Presssport.az-a açıqlamasında I Liqanın qış çempionu “Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Həşimov deyib.

O, qış fasiləsində heyətdə baş verən dəyişikliklərdən söz açıb: “Dörd futbolçu bizimlə yolları ayırdı. Bunlar qapıçı Cavidan İzzətli, müdafiəçi Cavidan Rəhimli, yarımmüdafiəçilər Mehman Məsimovla İsa İsayevdi. MOİK-dən qapıçı Məhəmməd Qurbanovla “Zirə-2”dən müdafiəçi Rəşad Həsənovu komandamıza cəlb etdik. Yeni futbolçularla boşluqlarımızı doldurmuşuq”.

Həşimov qış fasiləsində 4 yoxlama matçı keçirməyi planlaşdırdıqlarını söyləyib: “Sadəcə, rəqib komandalardan biri bizimlə oynamaqdan imtina etdiyinə görə bu boşluğu öz aramızda ikitərəfli oyun keçirməklə aradan qaldırdıq. Keçridiyimiz 3 yoxlama matçları əsasən I Liqa təmsilçiləriylə oldu. Bunun 2-də qalib gəldik (2:0 və 1:0), 1-də heç-heçə oynadıq (1:1). Bombardirimiz Seyxan Fərəcov bu oyunlarda 2 qola imza atdı”.

Fasilədən sonra startı bu gün “Zaqatala”yla səfər matçıyla olacaq gənc mütəxəssis məqsədlərinin sonadək zirvəni əldən verməmək olduğunu söyləyib: “Qarşıda 15 oyunumuz var. Komandalar hamısı heyətlərini gücləndirib. Biz də çalışacağıq ki, qalan matçlarımıza daha əzmkarlıqla, daha istəklə yanaşaq. Necə ki mövsümün ilk yarısında hər bir oyuna qələbə üçün çıxırdıq, buna nail olaraq yekunda məqsədimizə çataq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC