Polşanın “Radomyak” klubunda çıxış edən millimizin futbolçusu Rahil Məmmədov ölkə çempionatında həftənin rəmzi komandasına düşüb.
Presssport.az xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi “Facebook” səhifəsi məlumat yayıb.
28 yaşlı müdafiəçi XV turun "11-liy"inə seçilib. Məmmədovun komandası səfərdə "Poqon"u məğlub edib - 1:0. Mərkəz müdafiəçimiz bu oyunda 90 dəqiqə meydanda olub.
Xatırladaq ki, "Radomyak" 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC