“Bu cür güclü rəqibi səfərdə məğlub etmək həqiqətən adamı xoşbəxt edir. Əla gecə idi”.
Presssport.az xəbər verir ki, “Qarabağ”ın fransalı vingeri Abdullah Zubir verdiyi açıqlamada komandasının Norveçdə əldə etdiyi möhtəşəm qələbəni bu sözlərlə şərh edib.
Noyabrın 7-də Avropa Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində baş tutan “Budyo Qlimt” – “Qarabağ” görüşünün (1:2) ilk yarısında Toral Bayramlı baxımlı qolla hesabı açsa da, ilk yarının sonlarına yaxın norveçlilər hesaba tarazlıq gətirdik.
69-cu dəqiqədə səhnəyə çıxan Abdullah Zubir usta vuruşla topu qapıdan keçirib yekun nəticəni müəyyənləşdirdi.
“10 nömrə” səfərdə qazandıqları qələbənin səbəbini deyib: “Budyo Qlimt” həqiqətən çətin rəqibdir. Xüsusən öz meydanında inamlı təsir bağışlayır, bir növ keçilməzdir. Xarakter göstərməyimiz, sona qədər döyüşməyimiz qələbədə əsas rol oynadı. Bu qalibiyyət bizə çox lazım idi”.
Zubirin baxımlı qolu sosial şəbəkə istifadəçilərini dilə gətirmişdi ki, bəziləri sevincini “32 yaşlı Zubir min cavana dəyər” şəklində çatdırırdı.
Maraqlıdır, səbəbkar bununla bağlı nə düşünür? Özünü gənc yaşlarındakı kimi hiss edir?: “(gülümsəyir) Heç vaxt yaşa önəm verməmişəm. Mənim üçün vacib olan komandama fayda verib, insanları sevindirməkdir. Azarkeşlər haqqımda xoş fikirlər səsləndirirlərsə, bu, mənə motivasiya verir. Hər birinə təşəkkür edirəm. Heç nə dəyişməyib, əvvəl necəydimsə, bu gün də o dərəcədə istəkli və həvəsliyəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
Sadəcə, bəzən hər şey tam istədiyim kimi alınır, bəzən yox”.
15 qolla “Qarabağ”ın avrokuboklarda ən məhsuldar futbolçusu olan Abdullah Zubir 2018-ci ildən şərəfini qoruduğu komandada bütün yarışlarda meydana çıxdığı 282 matçda 64 qol vurub, 78 məhsuldar ötürmənin müəllifi olub (sportinfo.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC