"Lion"un işi çətin olacaq".
Presssport.az xəbər verir ki, bunu açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Fransa təmsilçisinə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun oyunu ilə bağlı danışarkən deyib.
Funksioner Azərbaycan çempionunun pley-off şansları ilə bağlı da danışıb:
"Çox ümidliyəm. Klubuma inanıram. Son matçdan əvvəl demişdim ki, "Qarabağ" yaxşı formamadır. Sonuncu qarşılaşmada da bunu sübut etdik. Önümüzdə fürsət var".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turuna təsadüf edəcək "Qarabağ" - "Lion" qarşılaşması noyabrın 28-də təşkil olunacaq. "Köhlən atlar" IV turda Norveçdə "Budyo Qlimt"i məğlub edib - 2:1 (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC