"Səbail"in yeni baş məşqçisini rəsmən açıqlayıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, komanda Cavid Hüseynova tapşırılıb. 36 yaşlı mütəxəssislə 2025/2026-cı il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Paytaxt təmsilçisi 13 noyabr tarixində saat 18:00-da yeni baş məşqçinin rəhbərliyi altında ilk məşqinə çıxacaq.
Xatırladaq ki, Hüseynov son olaraq “Turan Tovuz”da baş məşqçinin köməkçisi vəzifəsində çalışıb. "Səbail"in son baş məşqçisi isə Şahin Diniyev idi. O, noyabrın 3-də istefa verib və bundan komandaya müvəqqəti olaraq Elvin Məmmədov baş məşqçilik edib. “Dənizçilər” onun rəhbərliyi altında Misli Premyer Liqasının son turunda "Turan Tovuz"la evdə 1:1 hesablı bərabərliyə qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC