"Sumqayıt"ın ekvadorlu futbolçusu Cordan Rezabala öz ölkəsinin mətbuatına müsahibə verib.
Presssport.az xəbər verir ki, ekvadorlu yarımmüdafiəçi Azərbaycandakı çıxışından və bütövlükdə Premyer Liqamızın səviyyəsindən söhbət açıb.
- Azərbaycana köçdükdən sonra özünüzü necə hiss edirsiniz?
- Bu ölkədə liqa hansı səviyyədədi?
- Bu, Avropa yarışlarında iştirak etmək imkanı verən çox rəqabətli liqadı. Xoşbəxtlikdən Konfrans Liqasında oynamaq imkanım oldu.
- “Sumqayıt”la müqaviləniz nə vaxt başa çatır?
- Gələn ilin iyun ayına kimi Azərbaycanda olacam.
- Başqa liqaların klublarından təklif almısınız?
- Bəli, çox adam mənimlə əlaqə saxlayıb. Qeyri-rəsmi idi, amma müqavilə vəziyyətimi soruşdular. Təbii ki, razılaşa bilməzdim. Ona görə ki, agentim və hörmət etməli olduğum müqaviləm var.
- Vaxtilə “Barselona”dan təklif almışdınız...
- Bəli, “Quayakil”də yaxşı səviyyədə çıxış etdiyim vaxtlarda olmuşdu. “Barselona”nın rəsmiləri ilə danışmışdım. Ancaq başa düşdüm ki, oynamaq üçün çox imkan olmayacaq. Bu, göstərdiyim sabitliyə baxmayaraq belə olacaqdı. Bundan başqa, mövqeyimdə çoxlu futbolçu var idi. Atam “Barselona”nın sadiq azarkeşidi. Ona bu klubdan maraq olduğunu söylədim. Atam isə mənə dedi: “Çox şey haqqında düşünməlisən. Məsələn, oynayıb-oynamayacağını".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC